Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyodan
31 may 2022, 17:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz qardaşımız.
Ölkənizin müstəqilliyinin 104-cü ildönümü – 28 May - Müstəqillik Günü münasibətilə Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq.
Bu tarixi və əlamətdar gündə biz Azərbaycan xalqının öz müqəddəratını təyinetmə, milli suverenlik və müstəqillik uğrunda mübarizədə əldə etdiyi qələbə sevincinə qoşuluruq. Bir daha bildiririk ki, Nikaraqua xalqı və hökuməti Azərbaycan xalqı və hökuməti ilə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət əsasında çoxtərəfli, ədalətli və bərabər dünya nizamı yaradılması, dünyada sülhün, həmrəyliyin və əməkdaşlığın qurulması istiqamətində bundan sonra da birgə çalışmaq niyyətindədir.
Daim müstəqil və firavan Nikaraqua olaraq qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq.
Xahiş edirik ən yüksək hörmət və ehtiramımızı qəbul edin.
Daniel Orteqa Saavedra
Nikaraqua Respublikasının Prezidenti,
Rosario Muriyo
Nikaraqua Respublikasının vitse-prezidenti