İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid İbrahim Rəisiyə
Text size
30 may 2022, 13:26
Hörmətli cənab Prezident,
Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2022-ci il