logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaqut Məmmədyarovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

01 sentyabr 2012, 10:10

Hörmətli cənab Prezident!

Ramil Səfərovu əfv etdiyinizə görə Sizə bütün Azərbaycan anaları adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Ramil Səfərov əfv edilən zaman bütün şəhidlərimizin ruhu şad oldu. Ona görə ki, onlar bu torpaq uğrunda şəhid olublar.

Azərbaycanın mərd oğlu Ramil Səfərov axır ki, əfv edildi. Anasının ruhu Sizə həmişə duaçı olacaq. Anaların duası balalara həmişə arxa olur. Bu gün Siz bu duaları qazandınız. Qoy Allah Sizə, ailənizə kömək olsun. Atanızın və ananızın ruhu həmişə şad olsun. Sizə bir daha minnətdarıq.

Hörmətlə,

Məmmədyarova Yaqut Adil qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Səbail rayonu, Badamdar qəsəbəsi, ev 200a.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi