logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Text size icon-size icon-size

26 may 2022, 13:01

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi göndərirəm.

Tacikistan özünün mühüm tərəfdaşının sosial-iqtisadi inkişaf və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində qazandığı nailiyyətlərə səmimi-qəlbdən sevinir.

Dost Azərbaycan ilə qarşılıqlı fəaliyyət Tacikistanın xarici siyasətində xüsusi yer tutur.

Fərəhlə bildirməliyəm ki, ölkələrimiz arasında zamanın sınağından çıxmış dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir.

Əminəm ki, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialı tam həcmdə tətbiq etməklə biz birgə səylərimizlə bundan sonra da səmərəli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və sabitlik, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi