Zəminə Əliyevadan, Bakı, Azərbaycan
31 avqust 2012, 18:10
Hörmətli cənab Prezident!
Ramil Səfərovu azadlığa, Vətənə, ən əsası isə haqq-ədalətin təntənəsinə qovuşdurmaqla bizə bəxş etdiyiniz ümummilli sevincə görə, Sizə minnətdaram. Bu, dövlətin vətəndaşına sahib çıxmasının, Ali Baş Komandanın əsgərinə hörmətinin, Prezidentin işğal altındakı torpaqlarımızı azad etmək uğrunda yorulmaz mübarizəsinin göstəricisidir. Bu gün uşaqdan böyüyə hamının xoşbəxtliyinə nail oldunuz. Sevinc göz yaşları Sizə Allahın sevgisini hədiyyə etsin. 50 illiyiniz münasibətilə hazırladığım “Dövlət adamı” filmində işlətdiyim bu ifadələri icazənizlə bir jurnalist kimi yenidən demək istərdim. Əgər bu ölkədə yaşayan insanlar və onların rəğbət duyğuları ilə bütöv bir Azərbaycanın şəklini çəkmək mümkün olsaydı, yəqin o şəklin çərçivəsi üzərində bu kəlmələr yazılardı: Azərbaycan Sizi sevir!
Dərin hörmətlə,
Əliyeva Zəminə Ədil qızı, mədəniyyət işçisi,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu,
19-cu Dağlıq küçəsi, AİU-nun 2 nömrəli yataqxanası.