İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisdən
Text size
24 may 2022, 17:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.
Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
İqnazio Kassis
İsveçrə Konfederasiyasının Prezidenti