Vidadi Qəhrəmanovdan, Bakı, Azərbaycan
24 may 2022, 15:50
Hörmətli cənab Prezident.
Uzaqgörən siyasətiniz və dönməz cəsarətiniz sayəsində Azərbaycan artıq ərazi bütövlüyünü bərpa etmiş qalib bir ölkədir. Hər zaman yanımızda olan, siyasi və mənəvi dəstəyini bizlərdən əsirgəməyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında türk xalqının bu Qələbə sevincini bizlərlə eyni hisslərlə yaşadığını bildirir.
Sizin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində birlikdə səmimi görüşünüz Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi.
Bu səmimi dostluqdan, qardaşlıqdan ruhlanaraq yazdığım şeiri böyük ehtiramla diqqətinizə təqdim edirəm.
Ankaradan Şuşaya qardaşın gəlir
Azərbaycan deyəndə qalx ayağa, ehtiram et,
Keç Qazaxdan, keç Gəncədən Bakıya get.
Bərdədən keçəndə bax Şuşaya sarı,
Görürsən üç rəngli bayraq yüksəlir,
Ankaradan Şuşaya qardaşın gəlir.
Gələn nə müsafirdir, nə də ki, qonşu,
Sinəmi dağıdır qürurla coşqu,
Təyyarə boylanır limana sarı,
Himnimizin səsi dağları dəlir,
Ankaradan Şuşaya qardaşın gəlir.
Qarabağın adı tək bəxti də qara,
Anlatmaq istərdim bütün haylara,
Dəmir yumruğumuzun dadını gördüz.
Xarı bülbülümüzün başı yüksəlir,
Ankaradan Şuşaya qardaşın gəlir.
Döyüş meydanında tanıdı bizi,
Ehtiramla anırıq şəhidlərimizi.
Hər kəs razıydı keçməyə candan.
Qazilər bizimçün çox şərəflidir,
Ankaradan Şuşaya qardaşın gəlir.
Enir təyyarədən İlhama sarı,
Nə gözəl görünür Türkün bayrağı,
Hər kəsin gözündə sevinc yaşları,
Turan birliyinin qoxusu gəlir,
Ankaradan Şuşaya qardaşın gəlir,
Böyük Türk elindən Ərdoğan gəlir!
Hörmətlə,
Vidadi Qəhrəmanov
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu