Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Indan
Text size
23 may 2022, 16:46
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Kim Çen In
Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri