21 may 2022, 14:40

Elşad Abbasovdan, Gəncə, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Mən III qrup Qarabağ müharibəsi əliliyəm. Müharibədə sağlamlığımı itirsəm də, torpaqlarımızın azadlığında iştirak etdiyim üçün öyünür, fəxr edirəm. Bu sevinc mənə bütün ağrı-acını unutdurmuşdur.

Bizə - müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğı göz önündədir. Sizin göstəriş və tapşırıqlarınıza əsasən, mənim və digər Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli istiqamətinə lazımi kömək göstərilir.

Cənab Prezident, göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Abbasov Elşad Nizami oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri