21 may 2022, 16:55

Rüfət Xəlilzadə və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz və Mehriban xanım Əliyeva mədəniyyət və incəsənət xadimlərinə daim xüsusi diqqət yetirirsiniz. Bu, Sizin sənətə və sənətkara verdiyiniz böyük qiymətin göstəricisidir.

Siz sənət adamlarına diqqət və qayğı göstərməklə mədəniyyətin sabahını da düşünür, yeni istedadların yetişmələri üçün hər cür şərait yaradırsınız. Sənət adamlarının sosial-rifah halının yaxşılaşdırılması da daim Sizin diqqət mərkəzinizdədir.

Sizin mayın 10-da incəsənət və mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının və Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi ilə bağlı imzaladığı sərəncamlar mədəniyyət və incəsənət xadimlərinin daim dövlətin diqqətində olduqlarını bir daha təsdiqlədi.

"İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamla biz də Prezident mükafatına layiq görüldük. Əməyimizə və səhnə fəaliyyətimizə verilən qiymətə görə Sizə minnətdarıq. Bu mükafat bizi yeni-yeni yaradıcılıq zirvələrini fəth etməyə ruhlandıracaq.

Hörmətlə,

Xəlilzadə Rüfət – Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti,

İsmayılov Qurban – Xalq artisti,

Bəşirov Xanlar – Azərbaycan Dövlət Rəqs Ansamblının qurucusu, Əməkdar artist,

Rzayeva Nigar - Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasəsi, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.