20 may 2022, 17:51

Qönçə Cəfərova, Flora Axundova və Xəyalə Xəlilovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz qalib ölkəmizin Müzəffər Ali Baş Komandanı kimi zəfərimizlə başa çatan Vətən müharibəsində Qələbəmizin memarısınız.

Bu müharibədə qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri kimi şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə təşəkkür edirik.

Sizin həyata keçirdiyiniz sosial yönümlü tədbirlər nəticəsində biz daim qayğı ilə əhatə olunmuşuq. Övlad itkisi ağır olsa da Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlara verilən dəyəri görmək çox qürurvericidir. Biz bu qayğını çox yüksək qiymətləndiririk.

Şəhid ailələrinə, qazilərə göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah daim Sizi qorusun, Sizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Cəfərova Qönçə Musa qızı - şəhid anası,

Axundova Flora İntiqam qızı - şəhid bacısı,

Xəlilova Xəyalə Vaqif qızı - şəhid bacısı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.