20 may 2022, 14:33

Namiq Aslanovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra olunur. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsil mühüm rol oynayır.

Azərbaycanda əldə olunan bu cür uğurların daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Son illərdə ölkəmizdə yüzlərlə məktəb tikilib və ya əsaslı təmir olunub. İsmayıllı rayonunun Zərnava kəndində 80 nəfərlik modul tipli məktəbin tikilməsi də bu tədbirlərin davamıdır.

İsmayıllı rayonunun 706 nəfər əhalisi olan Zərnava kəndində modul tipli məktəbin tikilməsinə Sərəncam verdiyiniz üçün kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, Sizin kimi xalqını sevən, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması üçün bütün gücünü səfərbər edən Prezidentimiz var. Biz dövlətçiliyimizin inkişafı, xalqımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinlə olduğumuzu bildiririk.

Hörmətlə,

Aslanov Namiq Məhəmməd oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Zərnava kəndi.