19 may 2022, 19:00

Pərvanə Qurbanova və Sevda Orucovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Nizami yurdu olan qədim Gəncəyə və gəncəlilərə, eyni zamanda, Gəncədə çalışan sənət adamlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Sərəncamınızla bizə Azərbaycan Respublikası Prezidentinin mükafatı təyin etdiyinizə görə çox sağ olun. Bu diqqətin qarşılığını öz sənət uğurlarımızla verməyə çalışacağıq.

Şəxsən öz adımızdan və yaradıcı kollektiv adından Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Allah Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin!

Hörmətlə,

Qurbanova Pərvanə, Xalq artisti,

Orucova Sevda, Əməkdar artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.