19 may 2022, 14:42

Əlihüseyn Kamilov və başqalarından, Xaçmaz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Yaşanan hadisələr bunu bir daha sübut edir. Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Xüsusi ilə qeyd etmək istəyirik ki, ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.

Xaçmaz rayon Həsənqala kəndi ərazisində görülən abadlıq işləri də bizim firavanlığımıza xidmət edir. Bu işlər sırasında işıq dirəklərinin yenilənməsi və işıq xətlərinin yenidən çəkilməsi əhalinin yaşam tərzini daha da yaxşılaşdırmışdır. Bunun üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kamilov Əlihüseyn Seyfəddin oğlu,

Qurbanov Fərhad Əhəd oğlu,

Qədirov Cavanşir Mirzə oğlu,

Hacıyev Cəfər Əzizulla oğlu,

Məmmədova Sevda Möhbalı qızı.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Həsənqala kəndi.