17 may 2022, 13:25

Saleh Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsən öz dərin minnətdarlığımı bildirirəm.

Mən 3-cü qrup Qarabağ müharibəsi əliliyəm. Şuşa, Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı göstərilməsi xalqda razılıq doğuran məqamlardan biridir. Sizin göstəriş və tapşırığınıza əsasən aidiyyəti qurumlar da bu kateqoriyalardan olan insanların qayğısını çəkir, onların problemlərini həll edir. Bu qayğıkeşlikdən mənə də pay düşüb, işlə təmin olunmuşam.

Dövlətimiz tərəfindən göstərilən qayğıya görə müharibə əlilləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədov Saleh Firuddin oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.