16 may 2022, 18:50

Emin Dadaşovdan, Tərtər, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Azərbaycan son iki əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Şanlı Qələbəmiz Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Bu gün digər sahələrlə yanaşı, idman siyasətinin düzgün istiqaməti uğurlarımızı ildən-ilə artırır. Fərəhlə qeyd etmək lazımdır ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

Mayin 6-da Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatasının açılış mərasimi bizə yüksək qürur hissi yaşatdı.

Cənab Prezident, idman sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Tərtərli idmançılar adından Sizi əmin edirəm ki, yürütdüyünüz uğurlu siyasətin hər zaman arxasındayıq.

Hörmətlə,

Dadaşov Emin Bərxudar oğlu

Azərbaycan Respublikası, Tərtər şəhəri.