14 may 2022, 16:15

Kyazım Abdullayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yaradıcılığımı yüksək qiymətləndirərək məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüz üçün Sizə təşəkkür edirəm.

Sizin bu diqqətinizi özüm üçün yeni stimul, böyük etimad hesab edirəm. Çalışacağam ki, bu etimadı növbəti yaradıcılıq uğurları ilə doğruldum, xalqıma daha gözəl rollar təqdim edim.

Əziz Prezidentimiz, Azərbaycan mədəniyyətinə və incəsənətinə olan misilsiz qayğınıza görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, ölkəmiz Sizin sayənizdə hələ çox uğurlar əldə edəcək, biz sənət adamları da öz sahəmizdə bu işə töhfələr verəcəyik.

Hörmətlə,

Abdullayev Kyazım

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü,

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası.

Azərbaycan Respublikası, Bakı şəhəri.