16 may 2022, 12:47

Osman Xəlilovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkə vətəndaşlarına, həmçinin aztəminatlı ailələrə çətin günlərində arxa-dayaq olmağınız məni bir Azərbaycan gənci olaraq hədsiz sevindirir. Çətinlik içində yaşayan hər hansı bir vətəndaşa göstərdiyiniz qayğının nəticəsidir ki, onlar qalib ölkənin vətəndaşı kimi, Sizə müraciət edərək öz dərdlərinə əlac tapmağa çalışırlar. Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin yaradılması və bu qurumun şəffaf fəaliyyət göstərməsi üçün atdığınız bütün addımlar buna əyani sübutdur.

Hörmətli cənab Prezident, Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan Çağrı Mərkəzi, gözləmə zalları, qəbulların aparıldığı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan zallar, həkim, psixoloq, hüquq məsləhətxanaları, ana və uşaq otaqlarının yaradılması bir daha göstərir ki, Siz hər zaman xalqımızın, millətimizin yanındasınız və dar günlərində onlara dəstək olursunuz.

Müraciətlərimizə daha operativ baxılması üçün Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzini yaratdığınıza, ölkəmizdə ədalətin təmin olunması üçün göstərdiyiniz xidmətlərə görə Sizə bir daha öz dərin təşəkkürümü bildirirəm.

Allah Sizi, dövlətimizi, xalqımızı qorusun! Amin.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu,

Ağdam rayonu, Seyidli kənd sakini.

Azərbaycan Respublikası, Yevlax rayonu, Əkşəm kəndi.