14 may 2022, 14:10

Fikrət Verdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Hər zaman sənətə və sənətkara yüksək dəyər verərək, mənim zəhmətimi yüksək dəyərləndirərək məni Prezidentin fərdi təqaüdü ilə mükafatlandırdığınız üçün Sizə dərin hörmət və ehtiramla minnətdarlığımı bildirirəm. Var olun!

75 yaşım ərəfəsində, 60 il sənətə və Azərbaycan mədəniyyətinə xidmətimə verdiyiniz dəyərə görə minnətdarlıqla hər zaman müsəlləh əsgər kimi mədəniyyətimizə xidmət etməyə hazıram.

Sizə dərin hörmətlə və ehtiramla,

Verdiyev Fikrət Süleyman oğlu,

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tarzən.

Azərbaycan Respublikası, Bakı şəhəri.