13 may 2022, 18:00

Naala Barateliya və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2022-ci il 10 may tarixli Sərəncamınızı böyük sevinc hissi ilə qarşıladıq. Prezident mükafatına layiq görülməyimiz məsuliyyətimizi daha da artırır, bizi yeni yaradıcılıq uğurlarına səsləyir Fəaliyyətimizə belə yüksək qiymət verdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Siz hər zaman mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətini, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlamısınız. Biz bunu çox təqdirəlayiq və əlamətdar hal kimi qiymətləndiririk.

Cənab Prezident, əməyimizə belə yüksək dəyər verdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildirir, möhkəm cansağlığı diləyir və Sizi əmin edirik ki, bundan sonra da Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı yolunda bütün bacarığımızı sərf edəcəyik.

Hörmətlə,

Prezident mükafatçıları:

Barateliya Naala, Əməkdar artist,

Hacıyev Əli, Əməkdar artist,

Quliyeva Səbinə,

Əmrahov Rövşən.

Azərbaycan Respublikası, Bakı şəhəri.