13 may 2022, 15:26

Kamal İsmayıllı və Misir Axundovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Vətən müharibəsi qaziləriyik və bununla qürur duyuruq.

Sizin Ali Baş Komandanlığınızla uğrunda döyüşərək işğaldan azad etdiyimiz torpaqlarımızda keçirilən yarışlar, aparılan genişmiqyaslı tikinti-abadlıq işləri bizi çox sevindirir, ürəyimiz sevinclə dolur. Bu il may ayının 6-da biz qazilər rayonumuzun Suqovuşan qəsəbəsində keçirilən avarçəkmə, kayak və kanoe yarışında tamaşaçı kimi iştirak etdik. Həmin beynəlxalq yarışdan zəngin təəssüratla ayrılmışıq.

Biz qazilərə göstərilən diqqət və qayğıya, Suqovuşanda keçirilən beynəlxalq yarışı yerində izləmək imkanı yaradıldığına görə Sizə öz minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizə inanır, güvənir və Sizinlə fəxr edirik.

Hörmətlə,

İsmayıllı Kamal Adil oğlu,

Axundov Misir Hilal oğlu,

Vətən müharibəsi qaziləri.

Azərbaycan Respublikası, Tərtər şəhəri.