Akif Məlikov və başqalarından, Bakı, Azərbaycan
12 may 2022, 19:00
Möhtərəm cənab Prezident!
“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" 2022-ci il 10 may tarixli Sərəncamınızı sonsuz sevinc hissi və minnətdarlıqla qarşıladıq. Əməyimizə yüksək dəyər verdiyinizə görə Sizə ürəkdən minnətdarıq. Layiq görüldüyümüz mükafatlar ayrı-ayrılıqda hər birimizin sənətinə verilən qiymət olmaqla yanaşı, həm də çalışdığımız aparıcı sənət ocağının - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyətinə və bütünlükdə yüksək akademik sənətə verilən dəyərdir.
Cənab Prezident, bildirmək istəyirik ki, bu mükafat bizim məsuliyyət hissimizi daha da artırır və üzərimizə ürəkdən bağlı olduğumuz milli mədəniyyətimizi ən yüksək zirvələrə ucaltmaq kimi şərəfli vəzifə qoyur.
Möhtərəm Prezident, biz musiqi və mədəniyyət beşiyi olan Qarabağ torpağında bilavasitə Sizin rəhbərliyiniz altında böyük sürətlə aparılan bərpa və quruculuq işlərini diqqətlə izləyirik. Bütün qəlbimizlə quruculuq işlərinin ən yaxın zamanda başa çatmasını və Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və bir çox sənət korifeylərimizin doğulduğu Şuşa torpağına qastrol səfərinə yollanmağı, orada "Leyli və Məcnun"u, "Koroğlu"nu, eləcə də digər musiqi incilərimizi ifa etməyi arzulayırıq.
Əziz Prezident, bizə göstərdiyiniz etimada, əməyimizə verdiyiniz bu yüksək qiymətə görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Sizə və ailə üzvlərinizə uzun ömür və möhkəm cansağlığı diləyirik. Əmin edirik ki, milli mədəniyyətimizin inkişafı, çiçəklənməsi və dünyada daha geniş təbliğ olunması naminə bundan sonra da var qüvvəmizi əsirgəmədən çalışacağıq.
Dərin hörmət və ehtiramla,
Məlikov Akif
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru,
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi.
Mükafata layiq görülən sənətçilər:
Abbasova-Budaqova Afaq Nurəhməd qızı,
Adıgözəlov Yalçın Vasif oğlu,
Babayeva İnarə Əhməd qızı,
Bayramov Təyyar Allahverdi oğlu,
Cəfərov Samir Qadir oğlu,
Eyvazova Ayan Fuad qızı,
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı,
Əsgərov Əli Rəhim oğlu,
Hacıyevə Sevil İnşalla qızı,
Həşimov Orxan İlqar oğlu,
Hüseynova Kamilla Fikrət qızı,
İbrahimova Nigar Rəfael qızı,
Quliyev Əyyub Ramiz oğlu,
Quliyev Hafiz Məhərrəm oğlu,
Makarova Nina Aleksandrovna,
Mirzəyev Gülağası Ağa Hüseynoviç,
Poladov Əkram Nicad oğlu,
Səmədov Samir Səməd oğlu,
Süleymanova Elmira Süleyman qızı,
Yahyayev Taleh Saleh oğlu,
Zeynalov Azər Zeynalabdin oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.