13 may 2022, 12:38

Təbriz Hümbətovdan, Beyləqan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Xalqımız xoşbəxt xalqdır ki, Allah ulu öndər Heydər Əliyevi Azərbaycana qismət etmişdir. Bu dühanın müdrikliyi və fədakarlığı sayəsində xalqımız böyük bəladan xilas olmuşdur. Biz bu gün Ulu Öndərimizin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinin necə uzaqgörənliklə deyildiyinin şahidiyik. Bu sözlər həyatda öz təsdiqini tapdı. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Siz həm öz gücünüzü, həm də xalqımızın gücünü bir daha bütün dünyaya göstərdiniz. Müzəffər Ordumuzun yenilməz Ali Baş Komandanı olaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz.

Cənab Prezident, Sizə cansağlığı, ailənizə xoşbəxtlik arzulayır, Ulu Öndərə qəni-qəni rəhmət diləyirəm. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycana bəxş olunan uğurlar davamlı olsun.

Hörmətlə,

Hümbətov Təbriz

Azərbaycan Respublikası, Beyləqan rayonu, Bünyadlı kəndi.