12 may 2022, 13:02

Aleksandr Qluxovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprelin 24-də bütün pravoslav xristianları Pasxa bayramını qeyd etdilər. Pasxa bayramı ərəfəsində bizi təbrik etdiniz. Təbrikə görə çox sağ olun.

Həmçinin rayonda bizimlə görüş keçirildi və bizə maddi kömək göstərildi. Xüsusilə qeyd etmək istəyirəm ki, sağlamlıq imkanları məhdud olan 39 nəfərə evində baş çəkildi və onlar dövlətimizin dəstəyini gördülər. Razılıq hissi ilə bildirirəm ki, rayonda təşkil edilmiş görüşdə mənim və rus icmasının digər üzvlərinin çıxışları diqqətlə dinlənildi, qaldırdığımız məsələlərin həlli ilə əlaqədar lazımi işlər görülür. Biz artıq neçə illərdir ki, Azərbaycanda bu xoş münasibəti görürük.

Möhtərəm Prezident, rus icmasına göstərilən qayğıya görə icmanın bütün üzvləri adından Sizə təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Qluxov Aleksandr Fyodoroviç, Sabirabad rayonunun rus icmasının sədri.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.