11 may 2022, 18:40

Həzi Aslanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Xalqımızın ümummilli lideri, unudulmaz Heydər Əliyevin Vətən qarşısında xidmətlərini həmişə yüksək qiymətləndirdiyi general Həzi Aslanovun ailə üzvləri adından Sizi səmimi qəlbdən salamlayır və ən xoş arzularımızı bildirirəm.

Yağışlı bir may səhərində, faşizm üzərində Qələbənin 77-ci ildönümündə qəhrəman babamın məzarını ziyarət edərək orada 1941-1945-ci illər müharibəsində, eləcə də respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla anmağınız tariximizə və xalqımıza böyük sevginin, sədaqətin təcəssümüdür və bu, bizi çox qürurlandırır.

Müzəffər Ali Baş Komandan, Sizi Aslanovlar ailəsi adından bir daha əmin edirəm ki, hər bir əmrinizə hazırıq və bundan sonra da Ulu Öndərin ideyalarına sadiq qalacaq, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcəyik.

Hörmətlə,

Aslanovlar ailəsi adından,

polis general-mayoru Aslanov Həzi.

Azərbaycan Respublikası, Bakı şəhəri.