12 may 2022, 17:20

Qalib Müslümovdan, Daşkənd, Özbəkistan

Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək, icazə verin, Azərbaycan diasporunun ümumi fəaliyyətindəki nailiyyətimə görə təltif olunduğum üçün Sizə öz ehtiramımı və dərin təşəkkürümü bildirim. Bu, mənim üçün gözlənilməz hədiyyə oldu.

Bu il Dünya Azərbaycanlılarının V Qurultayının işğalçılardan azad olunmuş Şuşa şəhərində keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa Qarabağın ürəyidir, Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyidir. Şuşa bütün azərbaycanlılar üçün böyük mədəni məna kəsb edir.

Mən milliyətcə bir azərbaycanlı və Özbəkistan vətəndaşı kimi, Sizi əmin etmək istəyirəm ki, iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafı naminə bundan sonra da var-qüvvəmlə çalışacağam, Sizin ümummilli inkişaf strategiyanızın, diasporun yeni inkişaf səviyyəsinə yüksəlməsində nailiyyətə çatmaq yolunu tutacağam.

Cənab Ali Baş Komandan, Sizə, öz Vətəninə görə inanılmaz cəsarət və şücaət göstərən Azərbaycan Ordusuna və şəhidlərinə, qəhrəmanlıqla həlak olanlara təşəkkürlər. Biz Şuşaya qalib kimi döndük! Biz Azərbaycanın mədəniyyət paytaxtının əvvəlki şöhrətini mütləq özünə qaytaracağıq.

Biz Sizinlə fəxr edirik!

Böyük hörmətlə,

Müslümov Qalib,

Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri.

Özbəkistan Respublikası, Daşkənd şəhəri.