logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

Text size icon-size icon-size

31 avqust 2012, 18:35

Hörmətli İslam Abduqəniyeviç,

Dost Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Özbəkistan müstəqillik yollarında inamla irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi istiqamətində böyük uğurlar qazanır, dünya birliyinin nüfuzlu üzvü kimi tanınır.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğu ənənələrinin daim qorunub saxlanması, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq, dəstək və etimada əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 avqust 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi