logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab İvan Qaşparoviçə

Text size icon-size icon-size

31 avqust 2012, 18:30

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 avqust 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi