ABŞ-da yaşayan azərbaycanlıların nümayəndə heyətindən, Florida, Amerika Birləşmiş Ştatları
06 may 2022, 17:50
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il aprelin 22-də keçirilən və Zəfər Qurultayı adlanan Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları olduğumuz üçün iftixar və qürur hissi ilə Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizin qətiyyətli, uzaqgörən siyasətiniz və Ordumuzun gücü, qüdrəti ilə əldə olunan Qələbənin sevincini hər bir azərbaycanlı fəxarət hissi ilə yaşayır. Dünya azərbaycanlıları qurultayının ilk dəfə olaraq düşməndən azad edilmiş Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağı olan əziz Şuşamızda keçirilməsi bir daha bütün soydaşlarımızın həmrəyliyini və dövlətimizin ətrafında daha da sıx birləşməsini gücləndirəcəkdir.
Sizin Qurultayda dərin məzmunlu çıxışınız zamanı etdiyiniz tövsiyələr diaspor təşkilatlarının və nümayəndələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İnanırıq ki, Qurultayda səsləndirilən çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da artıracaqdır.
Amerika Birləşmiş Ştatlarından gələn və Zəfər Qurultayında iştirak edən nümayəndə heyətinin üzvləri adından bir daha Sizə dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildiririk.
Hörmətlə,
ABŞ-da yaşayan azərbaycanlıların nümayəndə heyəti,
Bədəlova Alyona Yakovlevna,
“My Way” Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəhbəri
Qasımova Aytac Azər qızı,
Şimali Amerika Gənclər Təşkilatının rəhbəri
Məmmədli Aytən İman qızı,
İhlas Haber Ajansının müxbiri
Kərimov Bəxtiyar Qulu oğlu,
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyasının təsisçisi
Hüseynov Cavid Cavanşir oğlu,
Amerika Azərbaycanlılar Şurasının rəhbəri
Cavadova Cəmilə Cəlil qızı,
Amerika Azərbaycan Musiqi Fondunun rəhbəri
Bayramova Esmira Vilayət qızı,
Florida Azərbaycan İcmasının rəhbəri
Obalı Əhməd Yusifi oğlu,
Günaz TV-nin rəhbəri
Əsgərov Əli Baxış oğlu,
Şimali Karolina Universitetinin professoru
Məmmədov Fərid Məmməd oğlu,
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri
Əsgərova Günay Cəlal qızı,
Vaşinqton Azərbaycan İcmasının nümayəndəsi
Tahirli Gündüz Məmmədsəlim oğlu,
“United Charites for Azerbaijan” fondunun rəhbəri
Azəri Həmid Cəbrayıl oğlu,
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisi
Qasımov İlqar Yusif oğlu,
Yuta Azərbaycan Dostluq Assosiasiyasının üzvü
Həsənov İmamyar Fikrət oğlu,
Mahir kamança ifaçısı, müəllim
Axundova İradə İbrahim qızı,
Hyuston Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri
Rəhimova Lalə Adil qızı,
Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri
Məmmədova Mehriban Natiq qızı,
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin icraçı direktoru
Nəsib Mehriban Tahir qızı,
Azərbaycan Nyu-York Assosiasiyasının üzvü
Vahabova Minəvvər Nadir qızı,
Amerika Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri
Baxışov Natiq Namiq oğlu,
Amerika Azərbaycan Ticarət Palatasının icraçı direktoru
Əliyarova Nərgiz Ramiz qızı,
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri
Quliyeva Nərminə Validovna,
BMT-nin Asiya və Pasific ölkələrinin Koordinasiya ofisinin koordinatoru
Şahbazov Rauf Oqtay oğlu,
Amerika Azərbaycanlıları Tibb Assosiasiyasının təsisçisi
Məmmədov Rüstəm Hidayət oğlu,
“JP Morhan Chase & Co” şirkətində qiyməli kağızlar üzrə menecer
Novruzov Samir Orucəli oğlu,
Amerika Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri
Məmmədova Sevinc İlyas qızı,
ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin rəhbəri
Əlizadə Solmaz Kollaçı Fətulla qızı,
Azərbaycan Nyu-York Assosiasiyasının üzvü
Cəlil Telman Cəlil oğlu,
Nyu York Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri
Əhmədov Tərlan Rüstəm oğlu,
Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri
Eminova Töhfə Aydın qızı,
Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri
Qəribova Turan Çingiz qızı,
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyasının rəhbəri
Ülviyyə Zeynalova-Boçkin Ağa Səlim qızı,
“For Azerbaijan” xeyriyyə təşkilatının idarə heyətinin üzvü
Abramov Yakov Hizgil oğlu,
Qafqaz Yəhudilər Cəmiyyətinin rəhbəri
Bəşirova Yasmin Mərhəmət qızı,
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü
Babanlı Yusif Cavanşir oğlu,
Amerika Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi
Bayramlı Zaur Qurban oğlu,
Vaşinqton icmasının üzvü
Mirhadıyeva Zəminə Rza qızı,
Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti
Amerika Birləşmiş Ştatları, Florida ştatı.