Malayziyanın Ali Başçısı Əlahəzrət Tuanku Abdul Halim Müədzəm Şah ibni əl-Məhrum Sultan Badlişaha
Text size


30 avqust 2012, 18:50
Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, əməkdaşlığımızın genişlənməsi yolunda səylərimiz daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2012-ci il.