logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramiz Məmmədovdan, Tatarıstan, Rusiya

Text size icon-size icon-size

26 aprel 2022, 13:55

Hörmətli cənab Prezident.

Azərbaycanın dünya miqyasında nüfuzunun daha da möhkəmlənməsi, respublikada keyfiyyətli həyatın təmin olunması və xalqın rifahı naminə fəaliyyətinizə görə Sizə böyük təşəkkürümüzü bildiririk.

Həmçinin, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılara göstərdiyiniz qayğıya görə Sizə ayrıca dərin minnətdarlığımızı çatdırırıq. Biz Sizin dəstəyinizi hər zaman duyur, köməyinizi və xeyirxahlığınızı səmimiyyətlə təqdir edirik.

Dərin hörmətlə,

Ramiz Məmmədov

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri

Rusiya Federasiyası, Tatarıstan Respublikası, Leninoqorsk şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi