logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev İsrailin maliyyə nazirini qəbul edib

Text size icon-size icon-size

25 aprel 2022, 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.

Görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulandı, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirildi.

Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi