logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət etmişdir

Text size icon-size icon-size

29 avqust 2012, 19:00

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi