Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
19 aprel 2022, 15:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2022-ci il