logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur

Text size icon-size icon-size

28 avqust 2012, 18:00

Minskdəki “Zaslavl” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əməkdaşlığımızın bundan sonra da genişlənməsinə əminlik bildirildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi