logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

Text size icon-size icon-size

25 avqust 2012, 18:00

Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri zəngin ənənələrə malikdir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması, dövlətlərarası münasibətlərimizin daim inkişaf etdirilməsi yolunda addımlarımızı davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə, hörmətli cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi