logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arif Əliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 aprel 2022, 15:39

Çox hörmətli cənab Prezident,

Mən 1-ci qrup Qarabağ müharibəsi əliliyəm, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunmuşam. Bu məktubu yazmaqda məqsədim mənə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etməkdir.

Sizin doğma Azərbaycana rəhbərliyiniz dövründə görülən işlər, əldə olunan uğurlu nəticələr əhali tərəfindən alqışlarla qarşılanır, hər zaman təqdir olunur. Şəhid ailələrinə və müharibə əlillərinə, onların müraciətlərinə həssaslıqla yanaşılır, bu zümrədən olan vətəndaşlara qayğıkeş münasibət göstərilir. Bütün bunlar həm bizi qəlbən sevindirir, eyni zamanda, gənc nəsildə vətənpərvərlik ruhunu daha da yüksəldir.

Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm. Həyatınız daim firavan olsun, ocağınız gur yansın!

Hörmətlə,

Əliyev Arif,

1-ci qrup Qarabağ müharibəsi əlili, “Vətən uğrunda” medallı

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi