Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə
Text size
05 aprel 2022, 16:00
Hörmətli cənab Prezident,
Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2022-ci il