logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rauf Kərimovdan, Yevlax, Azərbaycan

Text size icon-size icon-size

11 mart 2022, 17:01

Hörmətli cənab Prezident,

Bir şəhid atası olaraq, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm.

Sizin göstərişlərinizin, imzaladığınız sərəncamların nəticəsidir ki, bu gün şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Yaşadığı şəhər və rayondan, kənd və qəsəbədən asılı olmayaraq, hər yerdə şəhid ailə üzvlərinə böyük hörmət və ehtiramla yanaşılır, şəhid adı uca tutulur. Bizim ailənin bir çox problemləri dövlətimizin qayğısı sayəsində öz müsbət həllini tapmışdır. Özüm və oğlum işlə təmin olunmuşuq, bizə örüş sahəsi ayrılmışdır. Digər məsələlərdə də kömək göstərilir.

Əziz Prezidentimiz, mənə və ailəmə göstərilən bütün köməkliklərə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Allah Sizin kölgənizi xalqımızın, millətimizin başı üzərindən əskik etməsin.

Hörmətlə,

Kərimov Rauf, şəhid atası.

Azərbaycan Respublikası, Yevlax rayonu, Aran qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi