logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev İsrailin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Text size icon-size icon-size

16 avqust 2012, 16:21

Prezident İlham Əliyev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Mixael Lavon-Lotemin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyi bildirildi. Əməkdaşlığımızın səviyyəsinin məmnunluq doğurduğu qeyd edildi və bu əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Dövlət başçısı Mixael Lavon-Lotemə gələcək fəaliyyətində uğurlar arzuladı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi