Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
04 mart 2022, 15:36
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78, № 6, maddə 1014) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.5-ci yarımbənd ləğv edilsin.
2. 3.2.6-cı yarımbənddən “kirayə müqaviləsi bağlanıldıqdan sonra” sözləri çıxarılsın.
3. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.”.
4. 3.3.4-cü yarımbənddən “(kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq)” sözləri çıxarılsın.
5. 3.4-cü bəndə “etməsi,” sözündən sonra “kirayəçinin maliyyə öhdəliklərinin restrukturizasiyası,” sözləri əlavə edilsin.
6. 5.2-ci, 5.5-ci və 5.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“5.2. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Elektron sistem vasitəsilə müraciət edən şəxsə qeydiyyat nömrəsi verilir və görüş vaxtı təyin edilir. Təyin edilmiş vaxtda görüşə gəlməyən şəxsin növbəsi ləğv edilir. Müraciət edən şəxs öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir.”;
“5.5. Kirayəçi bu Qaydanın 3.2.6-cı yarımbəndinə əsasən aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən Fondun hesabına ödəyir.
5.6. Müraciət edən şəxs bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulmuş müddətə riayət etmədikdə, kirayə müqaviləsinin bağlanmasından elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.”.
7. 5.7-ci bənddə “5.5-ci bəndində” sözləri “5.2-ci və 5.5-ci bəndlərində” sözləri ilə əvəz edilsin.
8. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.3. Kirayəçinin bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmuş qaydada yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişləri geri qaytarılmır və Fondun gəliri hesab olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2022-ci il