04 mart 2022, 13:00

Coşqun Zeynalovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən bir Azərbaycan vətəndaşı olaraq, Sizi hər zaman dəstəkləyirəm və fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Siz torpaqlarımızı işğaldan azad etməklə xalqımıza böyük sevinc bəxş etdiniz, Azərbaycanın daha parlaq gələcəyi üçün zəmin yaratdınız. Siz ölkəmizi sürətlə irəliyə doğru aparırsınız. Biz bu yolda çox uğurlar, qələbələr əldə etmişik və bunun davamının olacağına əminik.

Əziz Prezidentimiz, Azərbaycanın işıqlı gələcəyi yolunda Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Zeynalov Coşqun

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.