logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elşad Məmmədovdan, Yevlax, Azərbaycan

Text size icon-size icon-size

01 mart 2022, 15:45

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz nəticəsində ölkəmizdə yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edib. Yevlax rayonunda da yeni yollar çəkilir, köhnələr bərpa edilir.

Sizin diqqətiniz sayəsində kəndimizə də yeni yol çəkildi. Əminik ki, görülən işlər kəndimizin sakinlərinin daha rahat yaşamasına və kəndimizin inkişafına xidmət edəcəkdir.

Bu qayğıya görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlıq bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Elşad Alməmməd oğlu

Azərbaycan Respublikası, Yevlax rayonu, Tanrıqulular kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi