28 fevral 2022, 14:10

Fərid Əsgərovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Vətən müharibəsi əliliyəm. Səhhətimdə yaranmış problemlərlə əlaqədar vaxtaşırı müalicəyə ehtiyac duyuram. Bu yaxınlarda müalicə almışam və razı qalmışam.

Bu məktubu yazmaqla Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz Ali Baş Komandan olaraq bizi döyüşlərə səslədiyiniz kimi, qayğıkeş Prezidentimiz kimi problemlərimizə həssaslıqla yanaşır, köməyinizi əsirgəmirsiniz.

Cənab Müzəffər Ali Baş Komandan, buna görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi hifz etsin!

Hörmətlə,

Əsgərov Fərid Rəfayıl oğlu, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Goranboy rayonu.