logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hafiz Qasımovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

28 fevral 2022, 11:00

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan bu gün öz inkişaf tempinə görə nəinki Qafqazda, ümumiyyətlə, dünyada seçilən ölkələrdəndir. Bu inkişaf və tərəqqi Azərbaycanın hər bir bölgəsində, o cümlədən, Cəlilabad rayonunda da müşahidə edilir.

Hər bir cəlilabadlı rayonumuzun hərtərəfli inkişafına görə Sizə minnətdarlıq edir, diqqət və qayğınızı dəyərləndirir. Yenidənqurma və abadlıq işləri ilə şəhərimizin siması dəyişir, müasirləşir, gözəl binalar tikilir, yeni parklar salınır. Əminik ki, Sizin sayənizdə Cəlilabad daha da sürətlə inkişaf edəcək və gözəlləşəcəkdir.

Cənab Prezident, rayon sakinləri adından Cəlilabadda aparılan quruculuq-abadlıq işlərinə görə Sizə təşəkkür edir, cansağlığı və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qasımov Hafiz Kamil oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi