Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
Text size
23 fevral 2022, 18:20
Fevralın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.