Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
21 fevral 2022, 15:06
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.
Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrini siyasi, iqtisadi və mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf etdirə biləcəyik.
Sizə dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına gözəl və firavan gələcək arzulayıram.
Dərin ehtiramla,
Aleksander Van der Bellen
Avstriya Respublikasının Federal Prezidenti