19 fevral 2022, 13:46

Nasif Müzadillidən, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət əvəzsizdir. Vətən müharibəsi əlili olaraq, bu qayğı və diqqətə görə Sizə öz sonsuz minnətdarlığımızı bildiririk.

Mən Vətən müharibəsi zamanı xəsarət almışam. Müraciətim əsasında mənə 3-cü qrup əlillik dərəcəsi təyin olunub.

Biz – müharibə əlilləri çətinliyə düşəndə, problemlə üzləşəndə ümid yerimiz Siz olmusunuz. Sizə öz problemlərimiz barədə hər zaman böyük ümid və inamla müraciət etmişik. Çox sağ olun ki, Siz də Ali Baş Komandan olaraq, hər zaman ümidlərimizi doğrultmusunuz, bizi darda qoymamısınız.

Müzəffər Ali Baş Komandan, diqqətiniz üçün çox sağ olun. Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.

Hörmətlə,

Müzadilli Nasif, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Şəmkir rayonu.