Mehdi Bədəlovdan, Quba, Azərbaycan


16 fevral 2022, 12:16
Çox hörmətli cənab Prezident,
Sizin Azərbaycana rəhbərliyiniz dövründə respublikamızın digər şəhər və rayonları kimi, Quba rayonuna da xüsusi qayğı və diqqətiniz, nəzarətiniz göz qabağındadır. Qubamız Sizin xüsusi qayğınız nəticəsində günü-gündən gözəlləşir, yeniləşir.
Mənim yaşadığım “Aeroport” adlanan ərazinin yolları çox pis vəziyyətdə idi. Bu ərazinin bütün küçələri qısa müddətdə əsaslı təmir olunub, tam asfaltlaşdırılıb. Bir sıra kəndlərə də asfalt yollar çəkilib. Son illərdə Qubadan Rustov, Xanəgah, Şuduq, Bağçalı, Yektar kəndlərinə gedən yollar, eləcə də Quba-Qonaqkənd yolu yüksək keyfiyyətlə çəkilib xalqın istifadəsinə verilib. Vaxtilə həmin yolları çox çətinliklə getmək olurdu. Çaylar üzərindən bəzən heç keçmək olmurdu.
Biz - Quba rayonunun sakinləri bütün bu görülən işlərlə əlaqədar şəxsən Sizə - cənab Prezidentə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Bədəlov Mehdi
Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.