Qurbanəli İslamovdan, Bakı, Azərbaycan


07 fevral 2022, 12:00
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqımızın 30 ilə yaxın həsrət qaldığı torpaqları yağı düşmənin işğalından azad etdi. Siz xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz. Bu böyük sevinci və qüruru bizə yaşatdığınıza görə Sizə minnətdarıq.
Cənab Prezident, Sizin müharibə iştirakçılarının sağlamlığı, onların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyiniz tədbirlər çox yüksək qiymətləndirilir. Mən Vətən müharibəsinin qazisi kimi göstərdiyim xidmətlərə görə sərəncamlarınızla beş medalla təltif olunmuşam. Sizin diqqət və qayğınızı hər zaman öz üzərimdə hiss edirəm. Müasir protezlə, işlə təmin olunmuşam. Bundan başqa, mənə yeni mənzil və avtomobil təqdim edilib. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Cənab Ali Baş Komandan, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun!
Hörmətlə,
İslamov Qurbanəli Məzahir oğlu, Vətən müharibəsi qazisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.